Tramp "Kapitoliyə basqın"la bağlı hakimin işdən çıxarılmasını tələb etmək niyyətindədir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, o və nümayəndələri Kolumbiya Dairəsinin Federal Məhkəməsinin hakimi Tanya Çatkanın vəzifəsindən kənarlaşdırılmasını tələb edəcəklər. Tramp deyir ki, o, 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitol Hill iğtişaşları ilə bağlı bu hakimlə ədalətli mühakimə olunacağını gözləyə bilməz.
Tramp ABŞ hakimiyyətini aldatmaq üçün sui-qəsd, şahidlərin saxtalaşdırılması və Amerika vətəndaşlarının hüquqlarını pozmaq da daxil olmaqla dörd maddə ilə ittiham olunub. Onlardan ən ciddisinə görə, siyasətçini 20 ilə qədər həbs gözləyir. Tramp özünü təqsirli bilmir.
E.Axund
Digər xəbərlər























































.jpg)
.jpg)
.jpg)
























