Ərdoğan Putinə Ukraynadakı müharibəni dayandırmağı təklif edəcək

Ərdoğan Putinə Ukraynadakı müharibəni dayandırmağı təklif edəcək

7 Avqust 2023 20:29
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqusta planlaşdırılan görüşdə rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarının bərpası və atəşkəs üçün vasitəçilik təklif edə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Türkiyə prezidenti Ərdoğan münaqişənin həllində vasitəçiliyini təklif edəcək, müharibədə qaliblərin, sülh prosesində isə uduzanların olmayacağı tezisini təkrarlayacaq. Ankara davamlı atəşkəsə nail olmağı dəfələrlə müdafiə edib.

Ərdoğan administrasiyası əlavə edib ki, Türkiyə prezidenti bu gün Rusiya və Ukrayna prezidentlərinin güvəndiyi nadir liderlərdən biridir.

Eyni zamanda Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır ki, avqustun son həftəsində Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir.

Onun sözlərinə görə, Rusiya lideri ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqların gündəliyinə taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, Zəngəzur dəhlizi, eləcə də münasibətlərin normallaşdırılması daxildir.

Əziz Mustafa