İsrail İranın Suriyadakı hərbi obyektlərinə zərbələr endirib
Avqustun 7-nə keçən gecə Dəməşq bölgəsindəki hədəflərə endirilən hava zərbəsi nəticəsində 4 əsgər həlak olub.
Oxuməni.az xəbər verir ki, Suriyanın SANA agentliyinin məlumatına görə, zərbə gecə saat 02:20 radələrində Qolan təpələrindən endirilib. Hava hücumundan müdafiə sistemləri işə salındı. Suriya ordusundakı mənbə SANA agentliyinə bildirib ki, raketlərdən bəziləri vurulub. Amma qalanları məqsədlərinə çatdılar. Ölənlərdən başqa daha 4 nəfər yaralanıb. Hücum edilən obyektin infrastrukturuna ziyan dəyib.
Dəməşq beynəlxalq hava limanı yaxınlığında, Dimas hava limanı yaxınlığında və Dəməşqin qərbində Əl-Qasua bölgəsində İran silahlı qüvvələrinə məxsus silah anbarları və hərbi obyektlərə hücum edilib. Bu ərazilərdəki silah və sursat anbarları dağıdılıb.
Əziz Baş Göynüklü




















.jpg)
.jpg)
.jpg)



























































