Almaniyada israilli ivritcə danışdığı üçün döyülüb
Berlinin Kreuzberg rayonunda İsraildən olan 19 yaşlı turist naməlum şəxslər tərəfindən döyülüb.
Oxuməni.az xəbər verir ki, hadisə avqustun 5-i axşam saatlarında baş verib, şübhəlilər hələ də saxlanılmayıb.
Xəbər verildiyi kimi, 18 və 19 yaşlı iki israilli küçə ilə gedərkən və onlardan biri telefonla ivrit dilində danışarkən yaxınlıqda avtomobil dayanıb.
Maşından üç nəfər düşdü, onlardan biri telefonla danışan gəncə almanca üz tutdu. Onun alman dilini bilmədiyini anlayan şəxslər qurbanlarını yerə yıxıblar və sonra onu təpikləməyə davam ediblər. Hücum edənlər daha sonra maşına minərək qaçıblar.
Bildirilir ki, israillilər xəstəxanaya tibbi yardım üçün müraciət ediblər. Həkimlərin sözlərinə görə, gənc yüngül xəsarətlər alıb. Xəstəxana hücumla bağlı məlumatı polisə çatdırıb.
Bu hadisədə ikinci israilli xəsarət almayıb.
Berlin polisi araşdırmaya başlayıb. İstintaqın versiyalarından biri antisemit əsaslarla hücumdur.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)
























