İtaliyanın baş naziri Corc Meloni "Placebo" qrupunun solistini məhkəməyə verib
İtaliyanın baş naziri Corc Meloni iyul ayında , "Placebo" rok qrupunun solisti verdiyi konsertdə Melonini "faşist və irqçi" adlandırdıqdan sonra onu məhkəməyə verib.
Turində keçirilən "Sonic Park" festivalında səhnədə 5000 pərəstişkarı qarşısında çıxış edən Brayan Molko İtaliya hökumətinin başçısını , "faşist və irqçi" adlandırıb.
Turin prokurorluğu Molkoya qarşı “hakimiyyət institutlarına hörmətsizlik” ittihamı ilə istintaqa başlayıb. Günahı sübuta yetirilərsə, musiqiçi 5000 avroya qədər cərimələnə bilər.
Meloninin vəkilləri məhkəməyə gedərək böhtan iddiası qaldırıblar.
İfrat sağçı “İtaliya Qardaşları” partiyasına rəhbərlik edən Meloni ilk dəfə deyil ki, analoji iddia qaldırır. Keçən il o, "Domani" qəzetini məhkəməyə vermişdi.
O zaman "Domani" qəzeti , Meloni'nin Covid-19 pandemiyası zamanı qoruyucu maskalar almaq üçün partiyasından bir millət vəkilinə hökumət müqaviləsi almağa kömək etməyə çalışdığını iddia edirdi . Meloni ittihamı rədd edərək qəzetdən 25 min avro təzminat tələb edib. Məhkəmə prosesi 2024-cü ilin iyulunda başlanmalıdır.
"Gomorra" romanının müəllifi Roberto Saviano da Meloni-nin immiqrasiya ilə bağlı mövqeyinə söylədiklərinə görə , mühakimə olunacaq. Təqsiri sübuta yetirilərsə, yazıçını 3 ilə qədər həbs gözləyir.
Jurnalist birliklərinin məlumatına görə, İtaliya mediaya qarşı böhtan iddiaları üzrə , Avropada ən yüksək göstəricilərə malikdir.
İtaliyanın cinayət məcəlləsinə əsasən, hökuməti, parlamenti, məhkəmələri və ordunu əhatə edən “ ictimai böhtanı” 1000 avrodan 5000 avroya qədər cərimə ilə cəzalandırılır.
Beynəlxalq Mətbuat İnstitutu Media Azadlığına Sürətli Müdaxilə Proqramındakı tərəfdaşları ilə birlikdə İtaliya Parlamentini İtaliyanın diffamasiya qanunlarını hərtərəfli nəzərdən keçirməyə, onları ifadə azadlığına dair beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıb.
E.Axund























































.jpg)
.jpg)
.jpg)
























