İsveçdə qarşıdurma zamanı yüzdən çox iğtişaşçı saxlanılıb , yaralananlar var

İsveçdə qarşıdurma zamanı yüzdən çox iğtişaşçı saxlanılıb , yaralananlar var

4 Avqust 2023 22:12
Bəyəndim (0) Bəyənmədim (0)

Stokholmda keçirilən "Eritrea - Skandinaviya" mədəniyyət festivalında iğtişaşlar zamanı 55 nəfər xəsarət alıb. Eritreya prezidenti İsaayas Afeverkanın tərəfdarları və əleyhdarları arasında toqquşma zamanı hadisələr xaosa çevrilib.

Rejimi tənqid edənlər festivalın keçirildiyi əraziyə soxularaq çadırları və avtomobilləri yandırıblar. Yüzdən çox iğtişaşçı saxlanılıb. Polislər də yaralanıb.

Rejimin tənqidçiləri festivalın təbliğat üçün istifadə edildiyini iddia edirlər.

İnsan haqları təşkilatları Eritreyanı dünyanın ən repressiv ölkələrindən biri adlandırırlar

E.Axund