Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi dəniz bazasına hücum edib
Ukrayna Silahlı Qüvvələri gecə saatlarında iki pilotsuz dəniz gəmisi ilə Novorossiyskdəki hərbi dəniz bazasına hücum etməyə cəhd edib. Fövqəladə hallar xidmətinin məlumatına görə, partlayışlar Novorossiysk sularında və Krasnodar diyarının Mısxako kəndində baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Hücumun dəf edilməsi zamanı pilotsuz katerlər hərbi-dəniz bazasının xarici reydini qoruyan Rusiya gəmilərinin standart silahlarından atəşlə vizual olaraq aşkar edilərək məhv edilib”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Novorossiysk sakinləri gecə saatlarında liman ərazisində partlayış və atışma baş verdiyini bildiriblər. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə bazaya hücum cəhdi ilə bağlı məlumatı təsdiqləyib.
Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı Novorossiyskdə yerləşir. “Hazırda sizə bildiririk ki, neft adi rejimdə yanalma tankerlərinə daşınır. CPC infrastrukturuna heç bir ziyan dəyməyib”, - deyə CPC bildirib.
Lakin CPC-nin məlumatına görə, Novorossiysk limanında gəmilərin hərəkətinə müvəqqəti qadağa qoyulub.
Bundan başqa, 13 pilotsuz təyyarə Krıma hücum edib. Onlardan 10-u hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, daha 3-ü isə elektron müharibə ilə sıradan çıxıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, itki və dağıntı yoxdur.
Əziz Mustafa


















































































