Navalnı Putini devirməyə çağırır
Həbsdə olan və Rusiya Cinayət Məcəlləsinin ekstremist icma yaratmaq və nasizmin reabilitasiyası da daxil olmaqla altı maddəsi ilə ittiham olunan rusiyalı müxalif siyasətçi Aleksey Navalnıya 18 il “yaxud buna bənzər” həbs cəzası veriləcəyi gözlənilir.
Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı, avqustun 3-də hökmün elan edilməsi ərəfəsində müxalifətin saytında dərc olunan məlumatda deyilir.
Navalnının fikrincə, belə bir hökmün əsas məqsədi öz tərəfdarlarını qorxutmaq və “müxalifətin fikirlərini nokaut etmək” olacaq:
“Əmin bilirik ki, Putin və onun məmurlarının korrupsiyasından hiddətlənənlərin hər onda biri küçələrə çıxsa, sabah hakimiyyət yıxılacaq. Dəqiq bilirik ki, müharibədən narazı olanlar küçələrə çıxıb müharibəni dərhal dayandıracaqdılar.
Onların hətta 10%-ni, yəni bir milyon yarım insanı repressiya etmək (həbs, cəza, cərimə) indi nə siyasi, nə də təşkilati cəhətdən mümkün deyil”.
Əziz Salamoğlu






























































.jpg)
.jpg)
.jpg)

















