Zelenski: Ukrayna və Polşa xalqları arasında münasibətləri korlamasına imkan verməyəcəyik
Zelenski Polşa Xarici İşlər Nazirliyinin Ukrayna ilə münasibətlərin pisləşməsi ilə bağlı bəyanatını şərh edib
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında gedən məlumatda deyilir.
“Biz heç vaxt Ukrayna və Polşa xalqları arasında münasibətləri korlamasına imkan verməyəcəyik və emosiyalar mütləq soyumalıdır. Xalqlarımızın azadlığı və rifahı, Avropamızın dəyərləri və ümumi rus düşməni üzərində qələbə hər şeydən üstündür”, - deyə prezident “Twitter” səhifəsində yazıb.
Zelenski deyib ki, Ukrayna Polşanın “tarixi dəstəyini” yüksək qiymətləndirir.
“Ukrayna öz azadlığı və bütün Avropanın azadlığı üçün mübarizə aparır və biz kömək edən hər bir xalqa minnətdarıq. Bizimlə birlikdə Avropanın əsl sipərinə çevrilmiş Polşanın tarixi dəstəyini yüksək qiymətləndiririk”, - deyə o yazıb.
Vladimir Zelenski vurğulayıb ki, “Avropanın bütün xalqları mövsümündən, siyasi baxışlarından və şəxsi ambisiyalarından asılı olmayaraq birləşib öz dəyərlərini çiyin-çiyinə qoruya bilirlər”.
Əziz Salamoğlu























































.jpg)
.jpg)
.jpg)
























