Baş nazir 18 illik həyat yoldaşından ayrılıb
Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşından ayrılıb. Baş nazirlikdən verilən rəsmi açıqlamada cütlüyün rəsmi ayrılıq müqaviləsi imzaladığı açıqlanıb. Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşı Sofi Qrequar-Trüdodan ayrılacağını açıqlayıb. Baş nazir sosial media hesabında yazıb: "Çoxlu və çətin söhbətlərdən sonra ayrılmaq qərarına gəldik".
Baş nazirlikdən verilən rəsmi açıqlamada cütlüyün rəsmi ayrılıq müqaviləsi imzaladığı açıqlanıb. Açıqlamada cütlüyün üç övladı ilə birlikdə ictimaiyyət arasında görünməyə davam edəcəyi ifadə edilib. Onların yaxın ailə kimi qalacaqları və hər iki valideynin daim uşaqlarının həyatında iştirak edəcəyi bildirilib. Xatırladaq ki, cütlük 2003-cü ildə bir xeyriyyə tədbirində görüşüblər və 2005-ci ildə evləniblər. Cütlüyün 15, 14 və 9 yaşlı 3 övladı var.
Murad Şahməmməd
























.jpg)

























































