Obama Baydenə xəbərdarlıq edib
ABŞ-ın keçmiş prezidenti Barak Obama ABŞ administrasiyasının hazırkı rəhbəri Co Baydenə xəbərdarlıq edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın tərəfdarları arasında nüfuzu olduqca böyükdür.
Oxuməni.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Onların sözlərinə görə, iyunun sonunda Ağ Evin iqamətgahında təşkil olunmuş şam yeməyində Obama Baydenin ikinci prezidentlik müddətinə yenidən seçilməsinə kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib. Obama hesab edir ki, Tramp demokratların düşündüyündən daha güclü namizəd ola bilər.
Qəzetin mənbələri vurğulayır ki, Obama daha çox Baydenin siyasi qabiliyyətləri ilə deyil, Trampın Respublikaçılar Partiyası daxilindəki möhkəm mövqelərinin tanınması ilə maraqlanır.
New York Times və Siena Kollecinin keçirdiyi sorğuya görə, Bayden və Tramp öz partiyaları daxilində reytinqlərdə öndədirlər və buna görə də 2024-cü ildə keçiriləcək prezident seçkilərində onlar arasında rəqabət əvvəlki kimi yüksək ola bilər.
Əziz Mustafa




























.jpg)
.jpg)
.jpg)


















































