Rusiya ardıcıl səkkizinci dəfə Kiyevə hücum edib

Rusiya ardıcıl səkkizinci dəfə Kiyevə hücum edib

3 Avqust 2023 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 3-nə keçən gecə Rusiya hərbçiləri yenidən Kiyevi kamikadze dronlarla vurub.

Oxuməni.az xəbər verir ki, bu, Ukrayna paytaxtına ardıcıl səkkizinci hücumdur. Ukrayna hakimiyyəti pilotsuz nəqliyyat vasitələrinin məhv edildiyini bəyan edir.

Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, bu gecə Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Kiyevə növbəti reydini dəf etmək üçün kamikadze pilotsuz uçan aparatları paytaxta uçan onlarla pilotsuz təyyarəni vurub.

“Şahedin Kiyevə səkkizinci ardıcıl hücumu. Və yenə dünən olduğu kimi, hücum kütləvidir. Hava hücumundan müdafiə qüvvələri Kiyevə yaxınlaşan onlarla hava hədəfini müəyyən edərək məhv edib”, - deyə məlumatda bildirilir.

İlkin məlumata görə, Kiyevdə ölən və dağıntı yoxdur. Ukraynanın paytaxtında hava hücumu üç saat davam edib.

Əziz Mustafa