ABŞ ordusu tankları məhv etmək üçün pilotsuz təyyarələrlə təchiz ediləcək
ABŞ-da tankları məhv etmək üçün əsgərləri portativ dronlarla tez bir zamanda təmin etmək üçün təcili olaraq Low Altitude Stalking and Strike Ordnance (LASSO) proqramı işə salınıb.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, yeni pilotsuz sistem elektro-optik və infraqırmızı sensorlarla təchiz edilmiş canlı mərmi daşıya bilən, həmçinin dəqiq uçuş idarəetməsi və uzaq hədəfləri izləmək və vurmaq qabiliyyətinə malik pilotsuz uçan aparatın buraxılması üçün qurğu ilə təmsil olunacaq.
Kamikadze pilotsuz uçan aparat piyada briqadalarının döyüş komandaları üçün nəzərdə tutulub və 2024-cü ildə istifadəyə veriləcəyi gözlənilir.
Ofis sözçüsü Ceyson Amadi deyib: "Ordu adi münaqişədə təhlükə səviyyəsi ilə üzləşməyə hazırlaşarkən, bizim piyada briqadalarının döyüş komandalarının əlavə tam zamanlı tank əleyhinə silahlara ehtiyacı olduğu aydın oldu".
Əziz Mustafa
























.jpg)


























































