İsveçin İzmirdəki konsulluğuna hücum edilib
Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi İsveçin İzmirdəki konsulluğuna hücumun Suriya vətəndaşı tərəfindən həyata keçirildiyi barədə xəbərləri təkzib edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.
“İsveçin İzmirdəki fəxri konsulluğuna silahlı hücumu həyata keçirən şəxsin suriyalı olması iddiası doğru deyil. Hücum Aqra rayonunda qeydiyyatda olan Z.O. adlı əqli qüsurlu şəxs tərəfindən törədilib”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Hadisə nəticəsində konsulluğun əməkdaşı olan Türkiyə vətəndaşının xəsarət aldığı bildirilir. O, döş qəfəsindən və ayağından yaralanıb.
Rəsmi açıqlamaya görə, hücumu "Z.O. adlı əqli qüsurlu şəxs" həyata keçirib.
Cinayəti törədən şəxs cinayət silahı ilə birlikdə saxlanılıb, cinayət işi üzrə məhkəmə araşdırmasına başlanılıb. Təcavüzkar viza almaq üçün konsulluğa gəlsə də, istədiyi cavabı ala bilməyib, nəticədə yanında olan tapança ilə əməkdaşlara hücum edib.
Əziz Mustafa
























.jpg)


























































