Rusiya Kiyev və Odessaya dronlarla zərbələr endirib
Avqustun 2-nə keçən gecə rus qoşunları Şahed dronları ilə Kiyev və Odessaya hücum edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kiyevin meri Vitali Kliçko bildirib ki, şəhərin Solomyanski rayonuna pilotsuz təyyarələrin hücumu nəticəsində qeyri-yaşayış sahələrinə ziyan dəyib.
Şəhər hərbi idarəsinin məlumatına görə, pilotsuz təyyarənin hissələri də Qoloseyevski rayonundakı uşaq meydançasına düşüb.
“Dron qrupları eyni vaxtda bir neçə istiqamətdə Kiyevə daxil olub. Buna baxmayaraq, bütün hava hədəfləri - 10-dan çox PUA - hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən vaxtında aşkar edilərək məhv edildi ",-deyə administrasiya rəhbəri Sergey Popko bildirib.
Rusiyanın Odessa vilayətini atəşə tutması nəticəsində liman obyektlərində və regionun sənaye infrastrukturunda yanğınlar baş verib.
Əziz Mustafa

































































.jpg)
.jpg)
.jpg)














