Fransada həbsxanaların doluluq nisbəti bütün zamanların ən yüksək səviyyəsinə çatıb
Fransada bütün həbsxana sistemi üzrə doluluq nisbəti 122,8 faizə yüksəldiyi halda, məhbusların və qısamüddətli məhkumların yerləşdiyi kampuslarda bu göstərici 146,3 faizə yüksəlib.
Fransa Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistik məlumatlara görə, ölkədə həbsxanaların doluluq göstəricisi rekord qıraraq, tarixin ən yüksək səviyyəsinə çatıb. Son məlumatlara görə, 74 min 513 nəfər həbsdədir.
Bütün cəzaçəkmə müəssisələrində doluluq nisbəti 122,8 faizə yüksəldiyi halda, məhbusların və qısamüddətli məhkumların yerləşdiyi şəhərciklərdə bu göstərici 146,3 faizə yüksəlib.
Ölkə 2022-ci ilin sonundan demək olar ki, hər ay olmaqla altı dəfə öz məhbus rekordunu qırıb.
Son məlumatlar, həbsxana sisteminin bədnam izdihamını aradan qaldırmaq üçün Covid-19 epidemiyası səbəbiylə təxminən 10,000 məhbusun azad edilməsindən sonra keçən ildən bəri 2,446 və 2020-ci ilin yayından bəri 15,818 artımı təmsil edir.
Murad Şahməmməd


















































































