İslandiyanın Rusiyadakı səfirliyi bağlanıb
İslandiyanın Moskvadakı səfirliyi avqustun 1-dən etibarən fəaliyyətini dayandırıb. Səfirliyin binasındakı bütün məlumat lövhələri sökülüb, bayraq dirəyindən ölkə bayrağı götürülüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.
Diplomatik nümayəndəliyin əməkdaşlarının sözlərinə görə, əşyalar üç gün əvvəl binadan çıxarılıb.
Qeyd edək ki, iyunun 9-da İslandiya hökumətinin saytında İslandiyanın Rusiyadan Reykyavikdəki səfirliyinin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik nümayəndəliyin səviyyəsini aşağı salmağı tələb etdiyi barədə xəbər yayılıb. Açıqlamaya görə, İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reikfjord Gilfadottir də avqustun 1-dən Moskvadakı səfirliyin fəaliyyətini dayandırmağa qərar verib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İslandiyanın Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı Rusiya-İslandiya əməkdaşlığının bütün kompleksini məhv edir.
Əziz Mustafa

































































.jpg)
.jpg)
.jpg)














