Qazaxıstan və Türkiyə hərbi gəmilər inşa edəcək

Qazaxıstan və Türkiyə hərbi gəmilər inşa edəcək

1 Avqust 2023 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan və Türkiyə hərbi gəmilər inşa edəcək.

Qazaxıstanın "Zenit" müəssisəsi IDEF-23 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin Hərbi Zavodlar və Gəmiqayırma Zavodları Departamenti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Defence Turk-ün yaydığı məlumatda deyilir.

Təfərrüatlar açıqlanmayıb, lakin məlumdur ki, sənəd Qazaxıstan donanması üçün dəniz nəqliyyat vasitələrinin, kommersiya gəmilərinin və əsas döyüş gəmilərinin layihələndirilməsi və tikintisini ehtiva edir.

Əziz Salamoğlu