Gürcüstan polisi həm Rusiya vətəndaşını, həm də Azərbaycan vətəndaşını qoruyacaq
Gürcüstana istənilən millətdən olan turistlərin gəlməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, əsas odur ki, hamı Gürcüstan Konstitusiyasına hörmətlə yanaşsın”,
Oxuməni.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze deyib.
Bir müddət əvvəl ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan rusların olduğu Astoria Grande kruiz gəmisinin Batumi limanına gəlməsi ilə bağlı etirazı şərh edərkən bildirib ki, Gürcüstanın ərazi problemlərini nəzərə alaraq, heç kim gürcülərin Rusiyadan gələn insanları qarşılamasını gözləməməlidir.
“Gürcüstanın qapıları turistlər üçün açıqdır. Rus, Avropa, Amerika ola bilər. Mən problem görmürəm. Gəlsinlər, əsas odur ki, hamı Gürcüstan Konstitusiyasına hörmət etsin, qanunlara əməl etsin. Pulları xərcləsinlər, çünki bu pullar Gürcüstan iqtisadiyyatına gedir. Bu etiraz təkrar-təkrar Gürcüstana qarşı yönəlib. Ölkədə əmin-amanlığın olması onlar üçün xoşagəlməzdir”, - Kaladze bildirib.
Onun sözlərinə görə, gürcü polisi qanun çərçivəsində fəaliyyət göstərir və Gürcüstanda olan istənilən vətəndaşı müdafiə edir.
“Gürcüstan polisi istər Rusiya, istər Azərbaycan, istər Ermənistan, istərsə də Amerika vətəndaşı olsun, hər kəsi qanun çərçivəsində qoruyacaq. Mən Gürcüstanın daxili işlər nazirinə və polisinə təşəkkür etmək istəyirəm. Onlar həmişə dünyanın keşiyində dayanırlar. Onlar canları bahasına ölkəmizin maraqlarını qoruyurlar”, - deyə Kaladze bildirib.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)
























