Yaponiya və Fransa arasında ilk dəfə olaraq ikitərəfli hava qüvvələri təlimləri cümə axşamı başlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Kyodo-nun yaydığı məlumatda deyilir.
Yaponiya Hava Özünümüdafiə Qüvvələrindən verilən məlumata görə, şənbə gününə qədər davam edəcək təlimdə Yaponiya Hərbi Hava Qüvvələrindən üç F-15 və iki F-2 qırıcısı və Fransa tərəfdən iki Rafale qırıcısı iştirak edəcək.
Agentlik bildirib ki, manevrlər “Çinin Hind-Sakit okean regionunda artan hərbi gücü fonunda təhlükəsizlik sahəsində tərəfdaşlıqların gücləndirilməsi səylərinin bir hissəsi kimi” həyata keçirilir.
Fransa və NATO-nun digər üzvləri Tokio ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirirlər və transatlantik alyans Pekinin Şərqi və Cənubi Çin dənizlərində hərbi güclənməsi və təxribat xarakterli davranışları ilə bağlı daha diqqətli olur.
Kyodo xatırladır ki, ötən ildən Yaponiya Hava Özünümüdafiə Qüvvələri Almaniya və Hindistan Hərbi Hava Qüvvələri ilə birgə təlimlər keçirir, gələn həftə onlar da İtaliya ilə, avqustun sonunda isə Avstraliya ilə oxşar manevrlər keçirəcəklər.
Əziz Salamoğlu