Rusiyada cinsiyyətin dəyişdirilməsi əməliyyatı qadağan edilib
Rusiya prezidenti Vladimir Putin Rusiyada cinsiyyətin dəyişdirilməsi əməliyyatı praktikasını qadağan edən fərmanı təsdiqləyib.
Kreml İnformasiya Portalının “Rusiya vətəndaşlarının sağlamlığının qorunması prinsipləri haqqında qanun” başlığı ilə dərc etdiyi fərmanda cinsini dəyişmək istəyən və hormon müalicəsi almaq istəyənlərin bundan sonra səhiyyə müəssisələrinə müraciət edə bilməyəcəyi bildirilib.
Fərmanda cinsini dəyişmiş və əvvəllər nikah bağlamış şəxslərin nikahlarının etibarsız sayılacağı və bu şəxslərin övladlığa götürülə bilməyəcəyi, cinsiyyət orqanının anadangəlmə qüsuru olan şəxslərin cinsiyyət dəyişdirmə əməliyyatı və hormon terapiyası keçirə biləcəyi bildirilib. Fərmanda bu qərarın Rusiya ailə quruluşunu və konstitusiya əxlaqi əsaslarını qorumaq məqsədi ilə qəbul edildiyi vurğulanaraq, bunun Rusiya vətəndaşlarının və uşaqlarının sağlamlığını qorumaq məqsədi daşıdığı vurğulanıb.
Xatırladaq ki, keçən il imzaladığı fərmanla Putin Rusiyada qeyri-ənənəvi münasibətlər və cinsiyyətin dəyişdirilməsi ilə bağlı təbliğatı qadağan etmişdi.
Murad Şahməmməd





















































-1.jpg)
-1.jpg)
-1.jpg)


























