Terror təşkilatı PKK-nın İsveçdən açıqlaması: "Onların fəaliyyətlərinin qarşısını almağa özümüzü sərf edəcəyik"
İsveçin müdafiə naziri Pal Jonson ölkəsinin beynəlxalq terrora qarşı Türkiyə ilə birlikdə mübarizə aparacağını bildirib. Jonson, "Özümüzü terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətlərinin qarşısını almağa həsr edəcəyik. Bu həm bizim təhlükəsizliyimiz, həm də Türkiyənin təhlükəsizliyi baxımından əhəmiyyətlidir"- deyib.
Jonson "Aftonbladet" qəzetinə verdiyi açıqlamada Litvada keçirilən NATO Sammitində Türkiyə, İsveç və NATO arasında uzlaşmanı və Türkiyənin İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etməsi qərarını dəyərləndirib.
28 iyun 2022-ci il tarixində Madriddə keçirilən NATO Zirvə toplantısında imzalanan memorandumda "Finlandiya və İsveç gələcək NATO müttəfiqləri olaraq Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyirlər. Bu çərçivədə Finlandiya və İsveç, PYD/YPG və Türkiyə Türkiyədə FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəklər.Türkiyə də Finlandiya və İsveçə milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir”- ifadələri vardır.
Türkiyə, İsveç və NATO arasında Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra verilən yazılı açıqlamada “İsveç YPG/PYD-yə və Türkiyədə FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcəyini bir daha bəyan edir” ifadəsi İsveçin bu mövzuda bağlılığını ortaya qoyur.
Murad Şahməmməd


































.jpg)
















































