ABŞ müdafiə naziri: İsveçin NATO-nun 32-ci üzvü olması Putini narahat edib
İsveçin NATO-nun 32-ci üzvü olmasına icazə verilməsi Alyansın bu həftə Litvada keçirilən sammitində əldə edilən "çox böyük işlərdən" biridir.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib.
"Müharibənin əvvəlində Putin NATO-nu parçalaya biləcəyini düşünürdü. Amma əksinə oldu və NATO faktiki olaraq daha da böyüdü”,- deyə Ostin bəyan edib.
O, Rusiya liderinin alyansın genişlənməsinə necə reaksiya verməsi ilə bağlı sualına cavabında deyib ki, Putin Ukraynadakı hərəkətləri ilə NATO-nu “öz qapısına" yaxınlaşdırıb.
"Mən əminəm ki, Putin çox narahatdır. Finlandiya və İsveç kimi ölkələr Alyansa çox şey gətirir, ona görə də onların bizə qoşulmasına şadıq", - o əlavə edib.
Ostin həmçinin bildirib ki, üzv ölkələr ümumi daxili məhsullarının 2%-ni müdafiə xərclərinə ayırmaq və Ukraynaya özünümüdafiə üçün lazım olan investisiyaları təmin etmək üçün “geniş dəstək” alıblar.
Əziz Salamoğlu

















































































