Rusiya Federasiyası sualtı gəmisinin keçmiş komandiri öldürülüb

Rusiya Federasiyası sualtı gəmisinin keçmiş komandiri öldürülüb

11 İyul 2023 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyası sualtı gəmisinin keçmiş komandiri öldürülüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz saytında Rusiyanın “Krasnodar” sualtı gəmisinin keçmiş komandiri Stanislav Rjitskinin qətli ilə bağlı məlumat yayıb.

“İyulun 10-da “sualtı qayıqçı” Qələbənin 30-cu ildönümü adına Krasnodar Mədəniyyət və İstirahət Parkında qaçışla məşğul olub. Səhər saat altı radələrində ona Makarov tapançasından yeddi dəfə atəş açılıb. Güllə yaraları nəticəsində Rjitski yerindəcə keçinib.

"Şiddətli yağış səbəbindən park boş olub. Ona görə də hücum edəni görən heç bir şahid yoxdur”, - deyə məlumatda qeyd edilib.

“Krasnodar” Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının bir hissəsi olan “Varşavyanka” layihəsinin altı sualtı qayığından biridir. Onların hər biri 4-ə qədər “Kalibr” tipli qanadlı raketləri daşımağa qadirdir”, - deyə məlumatda bildirilir.

Əziz Mustafa, Oxumeni.az