ABŞ və Rusiya arasında gizli danışıqlar Baydenin icazəsi olmadan baş tutub

ABŞ və Rusiya arasında gizli danışıqlar Baydenin icazəsi olmadan baş tutub

7 İyul 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Lavrov Nyu-Yorkda Amerika təhlükəsizlik strukturlarının keçmiş əməkdaşları ilə görüşüb.

Prezident Co Bayden ABŞ milli təhlükəsizlik rəsmiləri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında gizli görüşlər keçirməyə icazə verməyib.

Oxuməni.az xəbər verir ki, bu barədə Sky News-a ABŞ hökumətinin adı açıqlanmayan nümayəndəsi bildirib.

Bundan əvvəl ABŞ mediası ABŞ-ın bir qrup keçmiş təhlükəsizlik məmurunun bir sıra tanınmış rusiyalılarla danışıqlar apardığını yazıb. Digər məsələlərlə yanaşı, Rusiya Federasiyası ilə Ukrayna arasında potensial sülh sazişi də müzakirə edilib. Mənbələr aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda amerikalılarla bir neçə saat danışdığını bildiriblər.

İndi məlumat ictimailəşəndən sonra ABŞ Dövlət Departamentinin sözçüsü bunun Vaşinqtonun təşəbbüsü olduğunu təkzib edir.

"Bayden administrasiyası bu müzakirələrə icazə verməyib. Və dəfələrlə qeyd etdiyimiz kimi, Ukraynasız Ukrayna ilə bağlı danışıqlar aparılmayacaq", - deyə Dövlət Departamentindən bildiriblər.

Əziz Mustafa, Oxumeni.az