Roma Papası Monqolustana səfər edəcək
Papa Fransisk avqustun sonunda Monqolustana səfərə gedəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Vatikanın yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki papa sağalıb və sağlamlıq durumu ona dünyanın ən ucqar bölgəsi olan Monqolustana səfər etməyə imkan verir.
Keçən ay mədəsindəki yara ilə bağlı əməliyyat olunduqdan sonra 9 gün xəstəxanada qalan 86 yaşlı Fransisk avqustun 2-dən 4-dək Portuqaliyaya səfər edəcək. O, Vatikan üçün ənənəvi bayram ayı olan iyul ayında dincəlir.
Fransisk səfər çərçivəsində bütün vaxtını ölkənin paytaxtı Ulan-Batorda keçirəcək. O da qeyd edilir ki, Monqolustanda cəmi 1300 katolik var. Ölkədəki katolik kilsəsi şirnikləndirici vədlərlə hər il onlarla gənc monqola katolikliyi qəbul etdirir. Artıq onların arasında Romada dini təhsil alaraq geri qayıdıb monqollar arasında xristianlığın katolk məzhəbini yayan monqollar var.
Əziz Baş Göynüklü, Oxumeni.az




















































































