Qazaxıstanın bütün bölgələrində tufan xəbərdarlığı elan edilib
“Kazidromet” iyulun 7-də Astana, Almatı və ölkənin 17 regionunda tufan xəbərdarlığı elan edib.
Oxuməni.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, iyulun 7-də səhər və gündüz Astanada şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, tufan olacaq.
Akmola vilayətində iyulun 7-də gecə şərq, gündüz cənub, şimal, şərq rayonlarında tufan gözlənilir. Gün ərzində rayonun cənub, şərq, şimal rayonlarında dolu düşəcək.
Almatı vilayətində iyulun 7-də dağlıq ərazilərdə arabir yağış yağacağı ehtimalı var. Vilayətin qərb, cənub, dağlıq rayonlarında şimşək çaxacağı, gündüz dağlıq rayonlarda dolu düşəcək.
İyulun 7-də Jetısu vilayətində gündüz dağlıq və dağətəyi rayonlarda tufan olacaq, dolu yağacaq.
Türküstan bölgəsində dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq. Çimkənddə tufan, çovğun tuğyan edəcək.
Əziz Salamoğlu




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















