Vladimir Zelenski Vilnüs sammiti ərəfəsində NATO ölkələrinə səfər edir

Vladimir Zelenski Vilnüs sammiti ərəfəsində NATO ölkələrinə səfər edir

7 İyul 2023 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Bolqarıstana səfər edib və Avro-Atlantik inteqrasiyaya dəstək toplamaq üçün NATO sammitinə hazırlıq məqsədilə oradan Çexiyaya gəlib.

NATO-nun Vilnüs sammiti ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski alyansa üzv olan ölkələrə dəstək almaq üçün onlara səfər edir. Kiyev təşkilata rəsmi dəvət almaq istəyir. Bolqarıstana səfəri zamanı Zelenski Ukraynanın Avro-Atlantik inteqrasiyasına dəstək haqqında birgə bəyannamə imzalayıb.

Bu əsrdə Avropanın ən böyük mənəvi böhranı zamanı Bolqarıstanın azadlığın müdafiəçisi və tamamilə soyqırım siyasətinin əleyhdarı olması çox vacibdir... Bolqarıstanın Baş naziri Nikolay Denkov da öz növbəsində Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyin vacibliyini vurğulayıb:

“Müstəqil və suveren Ukrayna Avro-Atlantik təhlükəsizliyin və regionda təhlükəsizliyin açarıdır. Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən qeyd-şərtsiz çıxmalı və müvafiq məsuliyyətə, o cümlədən hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Kiyevə silah tədarükünün əleyhinə olan Bolqarıstan prezidenti Rumen Radevlə Vladimir Zelenski arasında görüş zamanı fikir ayrılıqları yaranıb:

“Əsas səylər sülhə yönəlsin. Biz hələ diplomatiyanın bütün vasitələrindən istifadə etməmişik”.

Vladimir Zelenski cavab verib ki, dialoq imkanlarını görmürəm:

“Məsələ onda deyil ki, Putin bizə qarşı müharibə aparır. Fakt budur ki, o, təkcə müharibə aparmır. Bizi öldürənə qədər dincəlməz”.

Zelenski Sofiyadan Praqaya gedib, cümə günü isə onun İstanbula səfəri gözlənilir. NATO-nun Vilnüs sammiti iyulun 11-nə planlaşdırılıb.

Murad Şahməmməd