Zelenski  əks-hücuma vaxtından əvvəl başlamaq tərəfdarı olub

Zelenski əks-hücuma vaxtından əvvəl başlamaq tərəfdarı olub

6 İyul 2023 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski əks-hücumun vaxtından xeyli tez başlamasının tərəfdarı olduğunu, lakin silah çatışmazlığının buna imkan vermədiyini bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Zelenski CNN kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, o, ABŞ və Avropa ölkələrinin nümayəndələri ilə söhbətlərində öz mövqeyini ifadə edib və bunun üçün silah da almağa çalışıb:

“Bizə dəstək verən lider kimi ABŞ-a minnətdaram... Bununla belə, mən onlara, eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatımızı daha tez başlamaq istəyirik və bunun üçün bizə bütün silahlar lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş hərəkət edəcəyik”.

Ukrayna lideri əlavə edib ki, döyüş meydanındakı çətinliklər indi əks-hücumun “yavaşlamasına” gətirib çıxarır.

“Mən istəyirdim ki, bizim əks-hücum daha tez baş versin. Çünki hamı başa düşürdü ki, əgər bu, gec baş verərsə, ərazimizin çox hissəsi minalanacaq. Biz düşmənimizə daha çox mina yerləşdirmək və onların müdafiə xətlərini hazırlamaq üçün vaxt və imkan verdik”, - deyə o, izah edib.

Zelenski əlavə edib ki, bəzi bölgələrdə Ukrayna qoşunları lazımi silahlara malik olmadığı üçün hücum əməliyyatlarına “başlamaq haqqında belə düşünə bilmirlər”.

Ukrayna rəsmiləri dəfələrlə bildiriblər ki, əks-hücum davam etsə də, əsas zərbə hələ endirilməyib.

Əziz Salamoğlu