Ermənistan, Yunanıstan və Kipr hərbi sahədə əməkdaşlıq edəcək
Ermənistan, Yunanıstan və Kipr Müdafiə nazirliklərinin nümayəndələri məsləhətləşmələrdən sonra üçtərəfli hərbi əməkdaşlıq proqramını imzalayıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilır ki, məsləhətləşmələr iyulun 5-də Kiprdə baş tutub. Ermənistan tərəfdən onlara Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. Görüş iştirakçıları bir sıra təhlükəsizlik məsələlərini və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.
Əziz Salam




















































































