Rusiya Zaporojye AES-ə zərbə endirərsə, Polşa buna adekvat verəcək
Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Rusiya Zaporojye atom elektrik stansiyasına zərbə endirərsə, Polşa da buna uyğun reaksiya verəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə BBC-nin yaydığı məlumatda deyilir.
“Bu, tamamilə yeni, tamamilə yeni bir vəziyyət olacaq. Ona görə də biz adekvat cavab verəcəyik”, - deyə Rau bildirib.
Polşanın xarici işlər naziri qeyd edib ki, “bu cür silahdan istifadə və ya bu cür şantaja əl atmaq Ukraynada quruda tamamilə yeni vəziyyət yaradacaq, lakin bu, NATO ərazisinin əhəmiyyətli hissəsinə də təsir edəcək. Beləliklə, adekvat cavab tələb olunacaq. Bunun cavabının nə olacağını dəqiq deməyimi gözləməyin”.
Əziz Baş Göynüklü
Digər xəbərlər

















































































