Vladimir Zelenski ABŞ prezidenti Co Baydeni Ukraynanı NATO-ya dəvət etməyə çağırıb
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydeni müharibə bitməmişdən əvvəl belə Ukraynanı NATO-ya dəvət etməyə çağırıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, CNN telekanalına müsahibəsində Ukrayna lideri bildirib ki, Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır.
"Gələcəkdə həqiqətən müttəfiqlərə yaxın olacağımızı hiss etmək bizim üçün çox vacibdir",-deyə Zelenski bəyan edib.
Zelenski deyib ki, Bayden NATO-dakı gələcəyimizi dəstəkləyir.
O əlavə edib ki, hazırda NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük mənəvi, siyasi və hərbi dəstək, onları yeni-yeni qələbələrə ruhlandıran stimul olacaq.
Əziz Göynüklü
Digər xəbərlər


































.jpg)
















































