Avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Meksikanın Zakatekas əyalətində sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 33 nəfər yaralanıb.
Meksika mətbuatının məlumatına görə, sərnişin avtobusu Konsepsyon del Oro əyalətinin magistral yolunda aşıb.
Qəzada 8 nəfər həyatını itirib. Bəziləri isə ağır olmaqla 33 nəfər yaralanıb. Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib. Yaralılar xəstəxanaya çatdırılıb. Məlumatda avtobusun ABŞ-ın Texas ştatından gəldiyi bildirilib. Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb.
Murad Şahməmməd
Digər xəbərlər

















































































