
NATO müharibə başa çatana qədər Ukrayna ərazisinə qoşun yeritməyəcək
Şimali Atlantika İttifaqı ölkələri müharibə başa çatana qədər Ukrayna ərazisinə qoşun yeritməyəcək.
Oxuməni.az xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba Ukrayna televiziyasında "1+1 ilə səhər yeməyi" proqramının efirində deyib.
"Ukrayna ərazisində silahlı münaqişə başa çatana qədər xarici dövlətlər öz qoşunlarını Ukrayna ərazisinə daxil etməyəcəklər. Üstəlik, biz də bunu istəmirik, deyirik: silah verin, özümüz necə döyüşəcəyimizi bilirik ",-deyə Kuleba bəyan edib.
Kuleba vurğulayıb ki, Ukrayna alyansın üzvü olduqdan sonra Ukrayna briqadaları NATO-nun digər ölkələrində onların müdafiəsi üçün yerləşdiriləcək.
Əziz Salam, Oxuməni.az
Digər xəbərlər