
Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı məlumatda deyilir.
Məlumata görə, ABŞ dövlət katibi Hakan Fidanı xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Telefon danışıqları zamanı İsveçin NATO-ya üzvlüyü, Türkiyə və Ermənistan, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, həmçinin Ukraynanın taxıl sazişi müzakirə olunub.
Fidan və Blinken ikitərəfli münasibətlərin gündəmindəki məsələləri müzakirə etmək üçün mümkün qədər tez görüşməyə hazır olduqlarını vurğuladılar.
Əziz Salam, Oxuməni.az
Digər xəbərlər