ABŞ Iran, Çin və Honkonqdan olan bir qrup şəxs və firmaya qarşı yeni sanksiyalar elan edib

ABŞ Iran, Çin və Honkonqdan olan bir qrup şəxs və firmaya qarşı yeni sanksiyalar elan edib

7 İyun 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bayden administrasiyası Iran, Çin və Honkonqdan olan bir qrup şəxs və firmaya qarşı Iranın ballistik raket proqramının inkişafı ilə bağlı yeni sanksiyalar elan edib.

Oxuməni.az xəbər verir ki, bu addım Tehran özünün ilk "Fattah" hipersonik ballistik raketini təqdim etdikdən sonra atılıb.

Sanksiyalara məruz qalanlar arasında Qingji şirkətinin, Çinin Zhejiang Qingji firmasının, Honq Konqun Lingoe Process Engineering Limited şirkətinin rəhbərləri və başqaları var.

"ABŞ Iranın ballistik raket istehsalını və digər hərbi proqramları dəstəkləyən qanunsuz transmilli alış-verişləri təqib etməyə davam edəcək", - deyə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson bildirib.

"Birləşmiş Ştatlar hələ də Iran üçün satınalma şəbəkəsini pozmaq üçün bizim sərəncamımızda olan bütün vasitələrdən istifadə etmək niyyətindədir. Biz Iranı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün müttəfiqlərlə və tərəfdaşlarla işləyəcəyik ", - deyə Dövlət Departamenti bəyan edib.

Əziz Göynüklü, Oxuməni.az.