Cənubi Koreya BMT TŞ-də qeyri-daimi üzv statusu almaq istəyir
Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qeyri-daimi üzv statusu alacağını gözləyir.
Oxuməni.az xəbər verir ki, bu barədə "Renhap" agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin məlumatına görə, Koreya Respublikası 2024-2025-ci illərdə Şuraya qayıtmaq niyyətindədir. Onun müraciəti üzrə səsvermə iyunun 6-da BMT-də keçiriləcək.
Təhlükəsizlik Şurasına qayıtması sayəsində Seul BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində rolunu genişləndirməyə çalışır. Cənubi Koreyada da hesab edirlər ki, ölkənin Təhlükəsizlik Şurasında olması Koreya yarımadasında gərginliyi azaltmağa kömək edəcək.
Əziz Salamoğlu
Digər xəbərlər






















.jpg)
.jpg)
.jpg)

























































