
Sergey Lavrov: Avropa Rusiya ilə müharibə yolunu seçib
Avropa Rusiya ilə müharibə yolunu seçdi və əgər belədirsə, Rusiya Federasiyası məqsədlərinə çatmalıdır.
Oxuməni.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tacikistandakı 201-ci Rusiya hərbi bazasına səfər zamanı mətbuata açıqlamasında deyib. bildirib.
"Xarici siyasət konsepsiyamızda deyilir ki, Avropa bizimlə müharibə yolunu seçib. Əlbəttə ki, onlarla birlikdə yan - yana yaşamağımıza əhəmiyyət vermirik, amma bu müharibədirsə, deməli, məqsədlərimizə çatmalıyıq",-deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Rusiyanın Avropa ilə müqayisədə daha nəcib məqsədləri var: "onlar özgəsinkini, biz isə özümüzünkünü istəyirik. Rusiya imperiyasına qoşulanların hamısı bunu könüllü edib.
Əslində Lavrov bununla da gözlərinin içinə kimi yalan danışır. Rusiya keçmiş SSRİ-yə daxil olan ölkələrin hamısını işğal edərək böyük bir ərazini xalqlar həbsxanasına çevirmişdi...
Əziz Salamoğlu, Oxuməni.az