
Arutyunyan: Bakı ilə sülh müqaviləsi layihəsi yoxdur
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi, eləcə də anklavlar məsələsi ilə bağlı həll yolu yoxdur.
Oxuməni.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin administrasiya rəhbəri Araik Arutyunyan deyib..
Arutyunyanın sözlərinə görə, o, Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanaşmalarını tamamilə bölüşür, əks halda onunla eyni komandada işləməzdi.
"Hökumətdə Bakı ilə sülh müqaviləsi ilə bağlı 120 səhifəlik sənədin müzakirə olunduğu barədə yayılan şayiələr də həqiqətə uyğun deyil",-deyə Paşinyan Administrasiyasının rəhbəri bildirib.
Əziz Baş Göynüklü
Digər xəbərlər