
Paşinyan: Ermənistan KTMT-nin fəaliyyətindən narazıdır
Ermənistan KTMT-nin fəaliyyətindən məyus olub və bundan narazıdır.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan CNN-ə müsahibəsində bildirib.
"Bu gün biz KTMT - nin fəaliyyətindən məyus olduğumuzu gizlətmirik və narazılığımızi yüksək səviyyəli toplantılarda bildiririk, çünki KTMT-nin təhlükəsizliyin təmin edilməsi üçün etibarlı mexanizm olduğuna müəyyən əminlik var idi", - deyə Paşinyan vurğulayıb.
Ermənistan Baş naziri bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daxilində yaranan vəziyyət qurumun nüfuzuna zərbə vurur və bu, KTMT üçün xoşagəlməz nəticələrə səbəb olacaq.
Əziz Salam, Oxuməni.az
Digər xəbərlər