
Bayden və Ərdoğan İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər
ABŞ prezidenti Co Bayden bildirib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olması məsələsini müzakirə edib.
Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, liderlər gələn həftə bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər.
"Mən Ərdoğanla danışdım və onu yeni müddətə prezident seçilməsi münasibətilə təbrik etdim. Ərdoğan hələ də F-16 qırıcıları ilə bir şeyə razılaşmaq istəyir",- deyə Amerika lideri bildirib
Ərdoğanla məsləhətləşmələr kontekstində İsveçin Şimali Atlantika Alyansına qoşulmasındakı irəliləyişlərdən danışan Bayden qeyd edib: "Mən onunla bu məsələyə toxundum. Gələn həftə yenidən danışacağıq."
Əziz Salam
Digər xəbərlər