ABŞ  informatora rekord məbləğ-279 milyon dollar ödəyib

ABŞ informatora rekord məbləğ-279 milyon dollar ödəyib

26 May 2023 21:28
Bəyəndim (0) Bəyənmədim (0)
Wall

ABŞ Ericsson-da korrupsiya işi üzrə informatora rekord 279 milyon dollar ödəyib.

Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ Qiymətli kağızlar və Birja Komissiyası (Securities and Exchange Commission, SEC) İsveç telekommunikasiya şirkəti Ericsson nümayəndələri tərəfindən rüşvət verilməsi ilə bağlı məlumat verənə rekord mükafat ödəyib.

SEC özü nə məlumat verənin adını, nə də əməkdaşlıq üçün aldığı məbləği açıqlamır. Amerika nəşri qeyd edir ki, daha iki məlumat verən ödəniş üçün müraciət etdi, lakin rədd edildi.

Qeyd edək ki, əvvəlki rekord 114 milyon dollar olub. SEC bu məbləği 2020-ci ilin oktyabrında məlumat verənə nə adını, nə də mükafat aldığı işi açıqlamadan ödədi.

Əziz Salam