Vaşinqtonun Putin, Əliyev və Paşinyanın danışıqlarına reaksiyası: "Artıq razılıq əldə olunub"

Vaşinqtonun Putin, Əliyev və Paşinyanın danışıqlarına reaksiyası: "Artıq razılıq əldə olunub"

26 May 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ həll olunmamış məsələlərlə bağlı razılığa gəlmək üçün Ermənistan və Azərbaycanın birgə işini davam etdirməkdə israrlıdır.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Moskvada Paşinyan-Putin-əliyev üçtərəfli görüşünə münasibət bildirmək istəyinə cavab olaraq brifinqdə deyib.

"Ermənistan-Azərbaycan nizamlanması bizim üçün prioritet olaraq qalır. Dövlət katibi hər iki tərəfi bir neçə həftə əvvəl Vaşinqtonda qarşıladı. Biz başa düşürük ki, bundan sonra Brüsseldə danışıqlar davam etdi və biz danışıqların davam etdirilməsini dəstəkləyirik. Dediyimiz kimi, razılaşmanın artıq əldə olunduğuna inanırıq və həll olunmamış qalan məsələlərdə razılığa gəlmək üçün hər iki tərəfin birlikdə çalışmasını israr etməyə davam edirik",- dedi.

ABŞ dövlət katibi Entoni Blinkenin yaxın günlərdə və ya həftələrdə tərəflərlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verən Miller bu məsələ ilə məşğul olmağa davam edəcəyini qeyd edib.

Əziz Salam