Qərb İrandan Rusiyaya silah tədarükünü dayandıra bilməz

Qərb İrandan Rusiyaya silah tədarükünü dayandıra bilməz

26 May 2023 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın qərb müttəfiqlərinin İrandan Xəzər dənizi vasitəsilə Rusiyaya "Şəhidlər" tədarükünü dayandırmaq üçün kifayət qədər gücü yoxdur.

Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Lloyds List Intelligence-in məlumatına görə, sentyabr ayından etibarən Xəzər dənizində öz hərəkəti haqqında məlumatları gizlədən gəmilərin sayı xeyli artıb. Bunlar əsasən Rusiya və İran bayraqları altında olan gəmilərdir. Çox vaxt Xəzərdəki gəmilər İranın Əmirabad- Anzali limanları yaxınlığında, eləcə də Rusiya Volqasında və Həştərxan limanı yaxınlığında avtomatik identifikasiya sistemini söndürürlər.

EOS Risk Group təhlükəsizlik şirkətinin aparıcı kəşfiyyat analitiki Martin Kelly: "Qərbin İrandan Rusiyaya silah tədarükünə mane olmaq üçün bir yolu və ya motivi yoxdu",-deyib.

Əziz Salam