ABŞ Belarusun nüvə silahlanmasını qətiyyətlə pisləyib

ABŞ Belarusun nüvə silahlanmasını qətiyyətlə pisləyib

26 May 2023 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 25-də keçirdiyi brifinqdə bildirib ki, ABŞ Rusiyanın taktiki nüvə silahının Belarusa köçürülməsini qətiyyətlə pisləyir.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

"Biz bu tənzimləməni (Rusiya taktiki nüvə silahının Belarusa yerləşdirilməsi haqqında) qətiyyətlə pisləyirik, bu, Rusiya tərəfindən müşahidə etdiyimiz məsuliyyətsiz davranışın növbəti nümunəsidir" deyə Miller bəyan edibş

O qeyd edib ki, ABŞ nüvə qüvvələrinin hazırlığı məsələsində öz yanaşmasını dəyişmək üçün heç bir səbəb görmür.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahının artıq respublikaya keçməyə başladığını bildirmişdi.

Əziz Göynüklü