Lukaşenko polyakların hücumuna hazırdır

Lukaşenko polyakların hücumuna hazırdır

25 May 2023 18:52
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın keçmiş müdafiə nazirinin müavini Valdemar Skşipçakın planlaşdırdığı iddia edilən silahlı çevrilişi yatırmağa hazır olduğunu bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə BelTA-nın yaydığı məlumatda deyilir.

"Onların bizdə növbəti üsyana hazırlaşması bunu çoxdan bilirik", - deyə Lukaşenko bildirib.

Belarus prezidenti əlavə edib ki, belarusiyalı mütəxəssislər polşalı "xəstə general" in danışdığı "bu uşaqları izləyirlər".

"Onların harada olduğunu və hər kəsin adını bilirik. Biz hazırıq. Buyurub gəlsinlər", - deyə Lukaşenko bildirib.

Bundan əvvəl Skşipçak bildirmişdi ki, Varşava Belarusiyada Polşa hakimiyyətinin dəstəkləmək niyyətində olduğu silahlı çevrilişin baş verməsinə hazırlaşır.

Əziz Salamoğlu