Aİ Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən təxminən 200 milyard avro mənfəət verə bilər

Aİ Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən təxminən 200 milyard avro mənfəət verə bilər

25 May 2023 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ rəsmiləri dünya maliyyə bazarlarında ilişib qalmış milyardlarla avro rusiya aktivlərindən əldə olunan mənfəətin Ukraynaya verilməsi imkanlarını müzakirə edirlər.

Oxuməni.az xəbər verir ki, bu barədə Financial Times-in yaydığı məlumatda deyilir.

Nəşr mənbələrə istinadən yazır ki, müvafiq görüş mayın 24-də keçirilib. Səlahiyyətlilər, Rusiya aktivlərinin yaratdığı faizlərin Ukraynaya Euroclear-a köçürülməsi variantlarını nəzərdən keçirirlər. Bu, aktivlərin özlərini müsadirə etməsinə gətirib çıxarmayacaq, lakin yenə də Qərbin Rusiya Federasiyasına maliyyə təzyiqini artıracaq.

Belçika hökumətinin məlumatına görə, sanksiyalar səbəbindən Euroclear-da Rusiyanın 196,6 milyard avroluq aktivləri dondurulub ki, bunun da 180 milyard avrosu Rusiya Mərkəzi Bankının aktivləridir.

Əziz Salam