İran yeni ballistik raket təqdim etdi

İran yeni ballistik raket təqdim etdi

25 May 2023 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

İranın 1500 kq döyüş başlığı olan və 2000 km məsafədə hədəfləri məhv etməyə qadir olan Habar ballistik raketi təqdim edilib. Mərasimdə İranın müdafiə naziri Məhəmməd Rza Aştiani də iştirak edib.

Oxuməni.az xəbər verir ki, bu barədə IRNA agentliyinin yaydığı məlumatda deyilir..

Açılış mərasimində çıxış edən Aştiani, raketin Müdafiə Nazirliyinin aerokosmik sənaye Təşkilatının (AIO) iranlı alimlərinin uzun illər səylərinin nəticəsi olduğunu, raketin radardan yayınma texnologiyası ilə təchiz olunduğunu və düşmənin hava hücumundan müdafiə sistemlərindən keçə biləcəyini söylədi.

Əziz Salam, Oxuməni.az