Marin Le Pen Vladimir Putinin ona siyasi təsiri ilə bağlı ittihamları rədd edib

Marin Le Pen Vladimir Putinin ona siyasi təsiri ilə bağlı ittihamları rədd edib

25 May 2023 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın "Milli Birlik" parlament fraksiyasının rəhbəri Marin Le Pen Rusiya prezidenti Vladimir Putinin ona siyasi təsiri ilə bağlı ittihamları rədd edib.

Oxuməni.az xəbər verir ki, bu barədə AFR Agentliyinin yaydığı məlumatda deyilir.

"Mən heç vaxt mənə təsir etmək cəhdinin qurbanı olmamışam" deyə Le Pen xarici siyasi müdaxilə ilə bağlı parlament dinləmələrində bəyan edib.

Partiyasının 2014 -cü ildə ilk Çex-Rusiya Bankından (PCHRB) aldığı 9,4 milyon avro kreditini şərh edən Le Pen,bu zaman heç bir siyasi öhdəlik götürmədiyini söylədi.

Le Penin sözlərinə görə, fransız bankları o dövrdə Partiyası ilə iş görmək istəmədilər və onlar xaricdə maliyyə axtarmağa məcbur oldular: "Mən Vladimir Putindən deyil, bankdan kredit götürdüm."

"Milli Birlik" 2014 - cü ildə-Le Penin dəstəklədiyi Krımın ələ keçirilməsindən altı ay sonra PCHRB-yə kredit götürdü. 2016-cı ildə Rusiya Mərkəzi Bankı iflas etdi və lisenziyası ləğv olundu. Kredit hüquqları daha sonra sovet dövründə yaradılan, Xaricdə Aviasiya texnikasına xidmət göstərən şirkətin varisi olan "Hava hissələri" ASC adlı Rusiya hərbi müəssisəsinə keçdi.

The Wall Street Journal nəşrinin verdiyi məlumata görə, keçən ilin aprel ayında Marin Le Pen Partiyası bu vaxta qədər Amerika sanksiyaları altında olan müəssisəyə kredit ödəməyə başladı.

Əziz Salam