Priqojin Ukrayna kəşfiyyatının açıqlamasına "hörmətlə" yanaşdı

Priqojin Ukrayna kəşfiyyatının açıqlamasına "hörmətlə" yanaşdı

25 May 2023 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Vaqner" PMK-nın rəhbəri Yevgeni Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəhbərinin müavini Vadim Skibitskinin onun aradan qaldırılması ilə bağlı açıqlamasına cavab verdi.

Oxuməni.az xəbər verir ki, Priqojin Skibitskini başa düşdüyünü vurğulayıb.

"Mən həmişə deyirəm ki, düşmənə hörmətlə yanaşmaq lazımdır. Şübhəsiz ki, mən onların bu qərarına da hörmətlə yanaşıram. Əlbəttə ki, Priqojin bu müharibənin vacib subyektlərindən biri kimi aradan qaldırılmalıdır. Bu, yüz faiz həqiqətdir, buna görə də tamamilə düzgün addımlar atırlar",- deyə PMK rəhbəri bildirib.

Çərşənbə günü Vadim Skibitski, Rusiya prezidenti Vladimir Putin və Yevgeni Priqojinin aradan qaldırılmasının Ukraynanın prioritetlərindən biri olduğunu söyləyib. "Biz onu öldürməyə çalışırıq. Bizim prioritetimiz adamlarına bizəhücum etməyi əmr edən bölmə komandirini məhv etməkdir",- deyə Skibitski bildirib.

Əziz Salam